- Nə vaxt
- 10:00–22:00
- Harada
- City Park Mall
İyun ayının ilk günü City Park Mall-da uşaqlar və ailələr üçün unudulmaz, şirin bir bayram atmosferi ilə yadda qaldı. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ticarət mərkəzimizdə "Forthing Motor Azerbaijan" və "Ulduz Şokolad Fabriki"nin birgə təşkilatçılığı ilə böyük bir tədbir baş tutdu. Bayramın ən maraqlı və fərqli məqamı isə xüsusi olaraq şokoladlarla bəzədilmiş modern "Forthing S7 EV" elektromobili oldu.
"Bakının ən şirin avtomobili" kimi diqqət çəkən bu layihə ziyarətçilər tərəfindən çox böyük maraqla qarşılandı. Tədbir boyu balaca qonaqlarımız həm bu maraqlı avtomobili yaxından incələdi, həm də üzərindəki şokoladlardan dadaraq bayram sevincini qeyd etdilər. Bu gözəl əməkdaşlıq ticarət mərkəzimizə gələn yüzlərlə uşağın üzündə təbəssüm yaratdı və onlara unudulmaz anlar yaşatdı.
Bu cür maraqlı və interaktiv tədbirlərin keçirilməsi City Park Mall-un sadəcə bir alış-veriş mərkəzi deyil, həm də ailələr üçün xoş xatirələr və fərqli təcrübələr bəxş edən canlı bir sosial məkan olduğunu bir daha göstərdi.
Bu tədbir başa çatıb.
Bütün tədbirlər