Tez-tez verilən suallar

Mərkəz, parkinq və xidmətlər haqqında qısa cavablar.

Ümumi

Mərkəz neçədə açılır və bağlanır?

City Park hər gün 10:00-dan 22:30-dək açıqdır. Supermarket, kinoteatr və bəzi restoranların iş saatları fərqlidir — onları mağaza səhifələrində görə bilərsiniz.

City Park harada yerləşir?

Mərkəz Bakıda, Ağ Şəhərdə, Babək prospekti 2210 ünvanında yerləşir. Yol göstərişləri "Ziyarət" bölməsindədir.

Parkinq

Parkinq ödənişlidirmi?

Mərkəzin yeraltı parkinqində ilk 30 dəqiqə pulsuzdur. Sonrakı vaxt üçün tarif parkinq girişində göstərilib.

Parkinqə giriş haradadır?

Parkinqə giriş Qarabağ atları küçəsi tərəfdəndir. Parkinqdən mərkəzə liftlər və eskalatorlarla qalxmaq olar.

Kinoteatr

Kinoya bileti necə ala bilərəm?

Biletləri City Cinema-nın kassasında (5-ci mərtəbə) və ya kinoteatrın saytında almaq olar.

Uşaqlar üçün endirim varmı?

Bəli, 12 yaşadək uşaqlar üçün səhər seanslarına endirimli bilet təklif olunur.

Uşaqlar

Uşaq əyləncə zonası hansı yaşlar üçündür?

City Play 2–12 yaşlı uşaqlar üçündür. 5 yaşadək uşaqlar valideynlə birlikdə olmalıdır.

Xidmətlər

Mərkəzdə pulsuz Wi-Fi varmı?

Bəli. "CityPark_Free" şəbəkəsinə qoşulun və telefon nömrənizlə təsdiqləyin.

Əşyamı itirmişəm, nə etməliyəm?

Zəmin mərtəbədəki məlumat masasına müraciət edin və ya bizə zəng edin. Tapılmış əşyalar 30 gün saxlanılır.

Mərkəz əlil arabası ilə gələnlər üçün əlçatandırmı?

Bəli. Bütün mərtəbələrə liftlə çatmaq olar, girişlərdə pandus və hər mərtəbədə əlçatan tualet var.