City Park Mall-da “City Drift” tədbiri keçirildi

Tədbir
Nə vaxt
10:00–22:00
Harada
Drift şou: -2-ci parkinq mərtəbəsi

9–11 may tarixlərində City Park Mall-da keçirilən “City Drift” tədbiri avtomobil həvəskarlarını bir araya gətirdi. Üç gün ərzində ziyarətçilər sərgidə nümayiş olunan drift avtomobillərini yaxından gördülər və peşəkar pilotlarla tanış oldular.

Tədbir zamanı DJ çıxışları, hədiyyəli oyunlar və müxtəlif əyləncə proqramları təşkil olundu. Ziyarətçilər avtomobil sərgisi ilə yanaşı, bu proqramlarda da iştirak edərək xoş vaxt keçirdilər.

Tədbirin ən maraqlı hissəsi 11 mayda City Park Mall-un -2-ci parkinq mərtəbəsində keçirilən drift şou oldu. Peşəkar pilotlar avtomobillərlə müxtəlif manevrlər nümayiş etdirərək tamaşaçılara həyəcanlı anlar yaşatdılar.

Pakelo brendinin tərəfdaşlığı ilə sosial mediada müsabiqə də keçirildi. İştirakçılar drift avtomobilində sərnişin kimi şouya qoşulmaq və Pakelo-dan hədiyyələr qazanmaq şansı əldə etdilər.

“City Drift” avtomobil sərgisi, musiqi və əyləncə proqramları ilə City Park Mall ziyarətçilərinə yaddaqalan üç gün yaşatdı.

Bu tədbir başa çatıb.

Bütün tədbirlər