“Shopping Fest Outlet” üçüncü dəfə City Park Mall-da

Tədbir
Nə vaxt
10:00–22:00
Harada
-2-ci parkinq mərtəbəsi

City Park Mall-un maraqla qarşılanan layihələrindən olan “Shopping Fest Outlet” festivalı 3–13 sentyabr tarixlərində üçüncü dəfə keçirilmişdir. Ticarət mərkəzinin -2-ci parkinq mərtəbəsində təşkil olunan festival tanınmış brendləri və sərfəli outlet təkliflərini bir araya gətirərək ziyarətçilərə müxtəlif ehtiyaclarını eyni məkanda qarşılamaq imkanı yaratmışdır.

Festival müddətində yüksək ziyarətçi axını müşahidə olunmuş, endirimlər və geniş məhsul çeşidi alış-veriş həvəskarlarının marağına səbəb olmuşdur. Ziyarətçilərin rahat hərəkəti, stendlərə əlçatanlığı və alış-veriş imkanlarından səmərəli yararlanması üçün müvafiq təşkilati işlər həyata keçirilmişdir.

Üçüncü festivalın əsas yeniliklərindən biri məhsul kateqoriyalarının genişləndirilməsi olmuşdur. Geyim, ayaqqabı, aksesuar, kosmetika və ev əşyaları ilə yanaşı, elektronika, təmizlik vasitələri və xalçaların da təqdim edilməsi festivalı daha geniş auditoriya üçün cəlbedici etmişdir. Bu müxtəliflik ziyarətçilərə həm şəxsi, həm də gündəlik məişət ehtiyacları üçün sərfəli seçimlər təqdim etmişdir.

Festivalın mühüm üstünlüklərindən biri orijinal brendlərə məxsus məhsulların rəsmi təmsilçilər və distribütorlar tərəfindən outlet qiymətləri ilə satışa çıxarılması olmuşdur. Bu yanaşma ziyarətçilərə etibarlı alış-veriş və ailə büdcəsinə qənaət etmək imkanı yaratmışdır.

Festivalda aşağıdakı məhsul kateqoriyaları üzrə müxtəlif brendlər təmsil olunmuşdur:

  • Moda və geyim: Mango, LC Waikiki, Terranova, Koton, Oxxo, Mavi, Levi’s, Colin’s, Gallini, Çinici, Süvari, Next və Penti müxtəlif yaş qruplarına və zövqlərə uyğun məhsullar təqdim etmişdir.
  • Ayaqqabı və aksesuar: Bata, Yellow, Derimod, Instreet, Forelli və Saffir Saat gündəlik istifadə və xüsusi günlər üçün müxtəlif seçimlərlə iştirak etmişdir.
  • Gözəllik və şəxsi qulluq: Rossmann, The Body Shop, Olivia və Flormar kosmetika və şəxsi qulluq məhsullarını sərfəli qiymətlərlə təqdim etmişdir.
  • Uşaq məhsulları: Cool Club uşaqlar üçün geyim və digər məhsullarla festivalda təmsil olunmuşdur.
  • Ev, dekor və xalça: Decoliv, Hom Me, İstikbal, Bambi, Emsan və Mavi Halı ev əşyaları, dekor və xalça məhsulları üzrə geniş seçim yaratmışdır.
  • İdman və aktiv həyat tərzi: The North Face, Timberland və Napapijri geyim, ayaqqabı və aksesuarları ilə iştirak etmişdir.
  • Elektronika və təmizlik vasitələri: MyShops və Pepco bu istiqamətlər üzrə təqdim etdikləri məhsullarla festivalın çeşidini genişləndirmişdir.

Çoxsaylı brendlərin vahid məkanda bir araya gəlməsi “Shopping Fest Outlet”in geniş auditoriyaya xitab edən alış-veriş layihəsi kimi mövqeyini möhkəmləndirmişdir. Festival tərəfdaş brendlərə məhsullarını daha geniş ziyarətçi kütləsinə təqdim etmək, alıcılara isə müxtəlif kateqoriyalar üzrə endirimlərdən yararlanmaq imkanı vermişdir.

Yüksək ziyarətçi marağı və genişləndirilmiş məhsul çeşidi ilə üçüncü “Shopping Fest Outlet” City Park Mall-un sentyabr ayı üzrə mühüm layihələrindən biri olmuşdur. Festivalın nəticələri gələcək tədbirlərin planlaşdırılması və layihənin inkişafı üçün əhəmiyyətli təcrübə yaratmışdır.

Bu tədbir başa çatıb.

Bütün tədbirlər