- Xəbər
City Park Mall-un 5-ci mərtəbəsində yeni kinoteatr — City Cinema tezliklə fəaliyyətə başlayacaq. Müasir lazer proyeksiya texnologiyası və rahat oturacaqlarla təchiz olunan kinoteatr filmsevərlərə keyfiyyətli görüntü və komfortlu izləmə təcrübəsi təqdim edəcək. City Cinema-nın açılışı ticarət mərkəzinin əyləncə imkanlarını genişləndirərək ziyarətçilərə ailələri və dostları ilə birlikdə filmləri böyük ekranda izləmək imkanı yaradacaq.
