- Xəbər
MyShops mağazası artıq City Park Mall-da!
Elektronika sahəsində 10 ildən artıq təcrübəyə malik MyShops mağazası City Park Mall-da ziyarətçilərin xidmətindədir. Mağazada smartfonlar, qadcetlər, elektronika məhsulları və aksesuarlarla yanaşı, böyük və kiçik məişət texnikası da təqdim olunur.
Apple, Samsung, Xiaomi, HONOR və digər beynəlxalq brendlərin məhsulları arasından gündəlik ehtiyaclarınıza uyğun seçim edə bilərsiniz. Seçilmiş brendlər üzrə rəsmi satış tərəfdaşı olan MyShops məhsulları istehsalçı zəmanəti ilə təqdim edir.
MyShops mağazasını City Park Mall-ın -1-ci mərtəbəsində ziyarət edə bilərsiniz!
