Focus Optika Yenilənmiş mağazası ilə City Park Mall-da!

Xəbər
Xəbər

Focus Optika yenilənmiş mağazası ilə City Park Mall-ın 1-ci mərtəbəsində ziyarətçiləri qəbul edir. Mağazada ödənişsiz həkim müayinəsindən yararlanmaq, eynək seçimini yeniləmək və yeni kolleksiyalarla tanış olmaq mümkündür.

2017-ci ildən fəaliyyət göstərən Focus Optika optik şüşələr, eynək çərçivələri və gün eynəkləri təqdim edir. Şirkət göz sağlamlığı ilə bağlı məlumatlandırmanı və müştərilərin ehtiyaclarına uyğun məhsul seçiminə dəstək göstərməyi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Təcrübəli optik məsləhətçilər və oftalmoloqlar ziyarətçilərə seçim prosesində kömək edirlər.

Focus Optika-nın yenilənmiş filialını City Park Mall-ın 1-ci mərtəbəsində ziyarət edə bilərsiniz.

Bütün yeniliklər